Külək Gəncədə binanın dam örtüyünü uçurdu
Güclü külək Gəncədə doqquzmərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.
Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobillərin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.