Kür çayında bir nəfər batıb
Kür çayının Ağstafa rayonundan keçən hissəsində bir nəfər boğularaq ölüb.
meqale.com report.az-a istinadən xəbər verir ki, Yavər adlı şəxs Kür çayında çimərkən batıb.
Onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.