Kürdəmir sakini başından vurularaq öldü

Bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan meqale.com-a bildirilib ki, keçirilmiş əməliyyat- istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.