Kürəkənini öldürən qayınata könüllü təslim oldu - YENİLƏNİB

17:32 Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan meqale.com-a verilən məlumata görə, aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

--------- 16:39 Abşeron rayonunda qətl hadisəsi olub. 

DİN-in Mətbuat xidmətindən meqale.com-a bildirilib ki, Saray qəsəbəsində 34 yaşlı Ələkbərov Elvin Seyidpirəli oğlu qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı qayınata Tayırov Tayır İdayət oğlu saxlanılıb.