Kursk hücumu: Kiyev ABŞ-a müraciət etdi

Ukrayna ordusunun Kursk bölgəsinə girməsindən sonra Kiyev Rusiya ərazisinə ATACMS-la zərbələr endirmək üçün yenidən ABŞ-a müraciət edib.

Kursk hücumu: Kiyev ABŞ-a müraciət etdi
Ukrayna ordusunun Kursk bölgəsinə girməsindən sonra Kiyev Rusiya ərazisinə ATACMS-la zərbələr endirmək üçün yenidən ABŞ-a müraciət edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" Zelenskinin adının açıqlanmasını istəməyən müşavirinə istinadən məlumat yayıb.

"Belə bir siyasi qərar Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətinin ələ keçirilmiş ərazilərini qoruyub saxlamağa imkan verəcək. Məsələ budur ki, bu, Rusiya ilə danışıqlar üçün lazımi rıçaq verəcək. Üç gün ərzində Kursk vilayətində Ukrayna ordusu təxminən 100 km² ərazini ələ keçirib və yüzlərlə rus əsgərini əsir götürüb. Onlar "Qazprom"un Avropaya yanacaq tədarükü üçün istifadə etdiyi "Suca" qazpaylama stansiyasına da nəzarət edirlər", - o bildirib.