Kurskdan 76 mindən çox insan təxliyə olundu

Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarından 76 mindən çox insan təxliyə olunub.

Kurskdan 76 mindən çox insan təxliyə olundu
Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarından 76 mindən çox insan təxliyə olunub.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin idarələrarası operativ qərargahdakı rəsmi nümayəndəsi Artem Şarov məlumat verib.

"Kursk şəhərində, Kursk vilayətinin sərhədyanı ərazilərində əhaliyə yardım göstərmək üçün İdarələrarası Əməliyyat Qərargahı yerləşdirilib və fəaliyyətini davam etdirir Bu işlərin başladığı gündən bu yana 76 mindən çox insan müvəqqəti olaraq təhlükəsiz yerlərə yerləşdirilib", - o bildirib.