"Laçına 2026-cı ilin sonuna qədər 12 min insan qayıdacaq"
2026-cı ilin sonuna qədər 12 min insanı öz evlərinə qaytarmağı düşünürük.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29 ilə əlaqədar keçirilən təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Laçın Azərbaycanın ən gözəl şəhərlərindən biridir: "2023-cü ilin sentyabrından bəri Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq".
O qeyd edib ki, laçınlı keçmiş məcburi köçkünlər artıq doğma evlərinə geri qayıdacaq.