Laçında məskunlaşan daha 10 ailəyə evlərinin açarları verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.​ Növbəti köç​ karvanı ilə Laçına çatan ailələrə evlərin açarları təqdim olunub.

meqale.com Trend-ə istinadən bildirir ki, Laçın şəhəri bu gün 10 ailəyə qucaq açıb və daha​ 40 nəfər laçınlının​ yurd həsrəti bitib.

Laçına qədəm qoyan ailələr​ qarşılandıqdan keçirilən sonra açar təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri iştirak edib. Ailələr​ sevinc hissi ilə açarları təhvil alıb.

Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun