"Lalə estetik əməliyyatdan sonra o deyil" - Nüşabə Ələsgərli
"Estetik əməliyyat elədir ki, bu, sənin öz rahatlığın, əhvali-ruhiyyən, kompleksindən azad olmaq üçündürsə, əlin cibində olsun".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Gül kimi şou"da qonaq olarkən deyib. N.Ələsgərli həmkarı, Əməkdar artist Lalə Məmmədovanın etdirdiyi estetikdən danışaraq onu tanımadığını bildirib:
"Estetik əməliyyata heç kim pis baxmır. Lalənin estetiki yaxşı olmağına yaxşıdır, amma o deyil".