Latviya Rusiya vətəndaşlarını ölkədən çıxarır
Latviyada yaşamaq icazəsi olmayan Rusiya vətəndaşlarına ölkəni tərk etmək əmri verilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Latviyanın Miqrasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, bildiriş göndərilən 6 nəfərdən ikisi ölkəni tərk edib, qalanları isə 30 ərzində bunu edəcək.
Qeyd olunub ki, sözügedən addım Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq 2022-ci ilin payızında qəbul edilmiş ölkənin immiqrasiya qanunvericiliyində dəyişikliklərlə bağlıdır.
Mövcud qanunvericiliyə görə, hər bir rus Latviyada qanuni yaşamaq istəyirsə, daimi yaşamaq statusu üçün müraciət etməli və latış dilindən imtahan verməlidir.