Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək
Oktyabrın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbula səfər edəcək.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrovun Türkiyəyə səfərinin məqsədi İstanbulda keçiriləcək 3+3 Regional Əməkdaşlıq Platformasının iclasında iştirak etməkdir.