Lənkəranda ANİMAFİLM festivalı keçirilib - FOTO
Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 21-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində "ANİMAFİLM Lənkəranda" festivalı keçirilib.
meqale.com xəbər verir ki, "ANİMAFİLM festivalı regionlarda" layihəsi çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında nümayiş olunmuş "Tarix", "Həmişəyaşıl", "Narqız", "Pulun dili", "Soyuz Qraviton" animasiya filmləri ilə yanaşı, yeni "Yer və Ay", "Bum-bum" filmləri də təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqətlə yanaşı, həm də Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.