Lənkəranda uşaq bağçasını ilanlar basdı

Lənkəranın Liman şəhərində yerləşən 3 saylı bağça qəzalı vəziyyətdədir.

Lənkəranda uşaq bağçasını ilanlar basdı
Lənkəranın Liman şəhərində yerləşən 3 saylı bağça qəzalı vəziyyətdədir.

meqale.com oxuya istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, istifadəyə yararsız olan bağça ilan yuvasına çevrilib:

"Qışda burada qalmaq olmur. Uşaqlar qızınmaq üçün evlərindən gətirdikləri odunu yandırırlar. Yayda da adam yerdən ilanın çıxmasından qorxur".

Astara Regional Təhsil İdarəsindən məsələ ilə bağlı bildirilib ki, müvafiq qurumlar tərəfindən bağçaya baxış keçirilib, yeni binanın tikilməsi nəzərdə tutulub.