Lənkəranda yük maşını sürücünün üstünə aşdı
Lənkəranda yük maşını sürücünün üstünə aşıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə Qurumba kəndində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.