Lənkəranlı kolleksiyaçı: "Bəzən cibimin son qəpiyini verib onları almışam" - FOTO
Lənkəran rayonunun Cil kəndindən olan val kolleksiyaçısı kimi tanınan Əli Əkbərov Şağlaser Kənd Sənətkarlıq Evində çalışır. O, Azərbaycanın tanınmış müğənnilərinin vallarını yığaraq evinin bir otağını muzeyə çevirib.
Musiqi vallarından əlavə, korifey sənətkarların afişa və fotolarını da yığan Əli Əkbərov ömrünün 30 ilindən çoxunu bu axtarışlara sərf edib.
"Bu vallar Milli Azərbaycan musiqisinin, muğamlarımızın ən gözəl nüsxələridir, ən gözəl nümunələridir. Bəzən cibimin son qəpiyini verib bu plastinkaları əldə etmişəm", - deyə o bildirib.