Livanda raket BMT sülhməramlılarının qərargahına düşdü
Livanın cənubunda münaqişə tərəflərindən birinin atdığı raket Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına düşüb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti "Telegram" kanalında məlumat verib.
"Xoşbəxtlikdən xəsarət alan olmasa da, maddi ziyan dəyib. Mavi dəbilqəlilərin komandanlığı indi insidentdə hansı tərəfin məsuliyyət daşıdığını müəyyənləşdirir", - deyə o bildirib.
Tenenti əlavə edib ki, bu, ilk belə hal deyil.