Livandan İsrailə tank əleyhinə raket atıldı
İsrail Müdafiə Qüvvələri daha bir tank əleyhinə raketin Livandan atıldığını bildirib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu raket şimaldakı Marqaliot icması yaxınlığındakı hərbi posta atılıb.
Qeyd olunur ki, bu, gün ərzində "Hizbullah" terror qruplaşması tərəfindən həyata keçirilən ikinci raket hücumudur.
İtkilər barədə məlumat verilmir.