Livandan sərhəddəki gərginliklə bağlı bəyanat
Livan hökuməti BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq cənub sərhədində gərginliyin dayandırılması və atəşkəsin bərpası üçün səylər göstərir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nəcib Mikatinin mətbuat xidmətinin bəyanatında deyilir.
"Parisdə olan Baş nazir Mikati Livanın cənubunda yeni zorakılıq silsiləsindən qaçmaq üçün diplomatik təmaslar aparır", - deyə bildirilib.