Londona uçan təyyarə Bakıda məcburi eniş etdi
"Cathey Pasific" aviaşirkətinin Honq Konq - London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Aeroportun mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan, "Airbus A350" təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.
Bildirilir ki, sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.