Londonda yəhudi restoranına hücum etdilər

İsrail-Fələstin münaqişəsinin kəskin olduğu bir vaxtda Londonda yerləşən yəhudi restoranına barbar hücumu olub.

Londonda yəhudi restoranına hücum etdilər
İsrail-Fələstin münaqişəsinin kəskin olduğu bir vaxtda Londonda yerləşən yəhudi restoranına barbar hücumu olub.

meqale.com Trend-ə istinadən bildirir ki, Londonun şimal-qərbində yerləşən, kaşrut yeməklərin verildiyi restoranın şüşəsi sındırılıb və kassa aparatı oğurlanıb.

London polisi İsrail-Fələstin qarşıdurmasının kəskinləşməsi fonunda ictimai asayişi qorumaq üçün şəhərin bəzi yerlərində patrulların artırıldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.