Loqan Pol 5 milyon dollarlıq nadir “Pokemon” kartını hərraca çıxarır

Amerikalı yutuber və güləşçi Loqan Pol indiyədək əldə etdiyi ən qiymətli "Pokemon" kartını hərraca çıxarıb.

Loqan Pol 5 milyon dollarlıq nadir “Pokemon” kartını hərraca çıxarır
Amerikalı yutuber və güləşçi Loqan Pol indiyədək əldə etdiyi ən qiymətli "Pokemon" kartını hərraca çıxarıb.

meqale.com xəbər verir ki, söhbət 1998-ci ildə keçirilən illüstrasiya müsabiqəsinin qaliblərinə verilən və yalnız 39 nüsxəsi olan "Pikachu Illustrator" kartından gedir. Pola məxsus nüsxə vəziyyətinə görə PSA 10 qiymətləndirməsi almış yeganə kartdır.

Loqan Pol bu kartı 2022-ci ildə Dubayda kolleksiyaçı Marvin Dabsi ilə razılaşma nəticəsində əldə edib. Pol, "PSA 9" dəyərindəki 1,275 milyon dollarlıq kartı verib və üzərinə 4 milyon dollar əlavə edərək razılaşmanı yekunlaşdırıb. Bu əməliyyat "Pokemon" kartları tarixində ən bahalı özəl satış kimi qeydə alınıb.

Pol bildirib ki, kart üçün ödədiyi ümumi 5,275 milyon dollar Pokémon bazarının son 20 ildə qiymətinin 3000% artması ilə izah olunur. İndi isə nadir kart hərraca çıxarılacaq və kolleksiyaçılar üçün yeni rekord müəyyən edə bilər.