Lui Bono Ermənistana gedib
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlətinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.
meqale.com APA-ya istinadən bildirir ki, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və son hadisələr müzakirə olunub.