Luka Modriç Mahirin komanda yoldaşı ola bilər

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo"su Luka Modriçi heyətinə qatmaq niyyətindədir.

Luka Modriç Mahirin komanda yoldaşı ola bilər
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo"su Luka Modriçi heyətinə qatmaq niyyətindədir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, klub prezidenti Mirko Barişiç "Real"ın yarımmüdafiəçisi ilə şəxsən əlaqə saxlayıb.

Xorvatiya mətbuatının yazdığına görə, 38 yaşlı futbolçu hələ ki, bu keçidə razılıq verməyib.

Daha əvvəl yayılan xəbərlərdə "kral klubu"nun Luka ilə müqaviləni uzatmayacağı deyilirdi.