Lukaşenko 86,82% səslə qalib gəldi - Yenilənib

08:06

Lukaşenko 86,82% səslə qalib gəldi - Yenilənib
08:06

İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

meqale.com xəbər ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.

Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.

Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.

Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq. /APA

------------ 21:34 Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib. ------- 18:44 "Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub".

meqale.com xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.