Lukaşenko ABŞ-yə xəbərdarlıq etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ nümayəndə heyəti ilə danışıqlar zamanı Venesueladakı müharibənin Vaşinqton üçün yeni Vyetnama çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
meqale.com oxuya istinadən xəbər verir ki, bunu Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov bildirib.
Diplomatın sözlərinə görə, Lukaşenkonun sabiq Venesuela lideri Uqo Çaveslə əla münasibətləri olub və hazırkı prezident Nikolas Maduro ilə də oxşar münasibətləri var.
meqale.com