Macarıstan təkzib etdi: Zelenski ilə bu şərtlə görüş olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstan Baş naziri Viktor Orban arasında görüş mübahisəli məsələlər həll olunmayana qədər baş tutmayacaq.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Macarıstan xarici işlər nazirinin müavini Levente Madyar deyib.
"Vladimir Zelenski ilə Viktor Orban arasında görüşə hazırlaşarkən biz şərt qoyduq: əvvəlcə mübahisəli məsələləri necə həll edəcəyimizi razılaşdıracağıq. Biz hələ bu nöqtəyə gəlməmişik, ona görə də indi görüş vaxtsız olardı, lakin biz bunun üzərində işləyirik", - nazir vurğulayıb.