Macarıstan Ukrayna ilə bağlı bu qadağanı ləğv etdi

Macarıstan hökuməti Ukrayna qamışı və çuğundur şəkərinin idxalına qoyulan qadağanı ləğv edib.

Macarıstan Ukrayna ilə bağlı bu qadağanı ləğv etdi
Macarıstan hökuməti Ukrayna qamışı və çuğundur şəkərinin idxalına qoyulan qadağanı ləğv edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Macarıstanın "Agroinform" nəşri məlumat verib.

Qeyd olunub ki, qərar oktyabrın 10-dan qüvvəyə minib:

Macarıstan hökumətinin fərmanı 2023-cü il sentyabrın 15-dən sonra bəzi kənd təsərrüfatı məhsullarının Ukraynadan daşınmasına aiddir.

Macarıstan nəşri onu da qeyd edib ki, Ukrayna şəkərinin idxalına qoyulan qadağanın aradan qaldırılması bu il Macarıstanda şəkər çuğunduru məhsulunun ciddi uğursuzluğu ilə əlaqələndirilə bilər.