Macarıstanda ikinci sınaq

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Macarıstanda ikinci sınaq
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, yığmamız Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçına çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gələcək. Dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzan millimiz bu dəfə uğurlu nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.