Madonnanın özündən 37 yaş kiçik yeni sevgilisi kimdir? - FOTO
66 yaşını qeyd etmək üçün İtalyaya gələn dünya pop səhnəsinin əfsanəfi ulduzu Madonna 28 yaşlı sevgisili Akim Morrislə Portofinoda görüntülənib.
meqale.com olay-a istinadən bildirir ki, sənətçinin özündən 37 yaş kiçik yeni məhəbbəti ilə uzun zaman tanışdır.
Hələ 2022-ci ildə Madonna və Yamayka əsilli futbolçu "Paper" dərgisinə çəkiliblər.
Bundan sonra isə Akim iyul ayında müğənni ilə fotosu paylaşana qədər onlar bir yerdə görünməyiblər. Çarpayıda birlikdə uzanan şəkillərini Madonna da paylaşıb.
Akim politoloqdur və universitetdə oxuyarkən tələbə komandasında futbol oynayıb, həmçinin "Oyster Bay United" futbol klubunun hücumçusu olub. İndi o, Manhetten və Bruklindəki həyatı haqqında danışdığı instagramda aktiv şəkildə bloqlar çəkir.
Madonna özü sevgililərini kosmik sürətlə dəyişir. Onların hər biri ilə çox böyük yaş fərqi var idi. Belə ki, Akimdən əvvəl onun son sevgilisi uşaqlarının məşqiçisi Coş Popper idi. Coşdan əvvəl Madonna 23 yaşlı model Endryu Darnelllə görüşürdü.
Müğənni şəxsi həyatına görə tez-tez sosial şəbəkədə tənqidlərə məruz qalır. Bəziləri əmindir ki, bütün bu kişilər pul və şöhrət naminə onun lütfündən istifadə edirlər, digərləri hesab edir ki, pop kraliçanın özünə belə romanlar lazımdır. İddialara görə o bu yolla özünü hələ də gənc kişilər üçün maraqlı olan seksual qadın kimi göstərmək istəyir, çünki bu, bir sənətçi kimi ona daha çox pul qazandırır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun