Madriddə güclü külək helikopteri magistral yola çırpdı - VİDEO
İspaniyanın paytaxtı Madriddə helikopterin qəzaya düşməsi nəticəsində yaralananlar var.
meqale.com report-a istinadən xəbər verir ki, məlumatı "El Mundo" yayıb.
Məlumata görə, helikopter aviasiya sərgisində iştirak edib. Bildirilib ki, ekipaj üzvlərindən biri omba nahiyəsindən zədə alıb, o biri isə yüngül xəsarət alaraq helikopterdən sərbəst şəkildə çıxıb.
Qəzaya güclü küləyin səbəb olması dəqiqləşdirilir.