"Maestro"nun evində toy olacaq
Əməkdar artist Ceyhun İsmayılovun evində xeyir iş olacaq.
meqale.com xəbər verir ki, "Maestro" ləqəbli skripka ifaçısı oğlunu nişanlayıb. Musiqiçi bu haqda "Qonaqcanlı" verilişində danışıb.
"Artıq oğlum nişanlanıb. Bir ilə toy edəcəyik. Oğlum Kanadada yaşayır. Universiteti bitirəndən sonra orada qalıb işlədi. Əmlak, dizayn işi ilə məşğul olur".
Qeyd edək ki, C.İsmayılovun bir qız, bir oğul övladı var. /Axşam.az