Mahaçqalada yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Mahaçqalada çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verib, xəsarət alanlar var.

Mahaçqalada yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan qadın ağır, kişi isə orta ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.