Mahir Emreli "Dinamo"da növbəti qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunun heyətində növbəti qolunu vurub.
meqale.com report-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu "Oriolik"ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib.
Emreli Zaqreb təmsilçisinin heyətində ümumilikdə 7-ci qolun müəllifi olub.