Mahir Emrelinin qiyməti ARTDI

Almaniyanın tanınmış "Transfermarkt" portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.

Mahir Emrelinin qiyməti ARTDI
Almaniyanın tanınmış "Transfermarkt" portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  bir müddət əvvəl Almaniyanın 2-ci Bundesliqa təmsilçisi olan "Kayzerslautern"ə keçən 28 yaşlı hücumçunun qiyməti 200 min avro artıb.

Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.

Qeyd edək ki, Mahir Emreli başa çatan mövsümü "Nürnberq"də keçirmişdi.