Mahir Emrelinin son vəziyyəti bəlli oldu

Zaqreb "Dinamo"sunun azərbaycanlı futbolçusu Mahir Emrelinin son vəziyyətinə aydınlıq gəlib.

Mahir Emrelinin son vəziyyəti bəlli oldu
Zaqreb "Dinamo"sunun azərbaycanlı futbolçusu Mahir Emrelinin son vəziyyətinə aydınlıq gəlib.

meqale.com bildirir ki, fanat.az-ın məlumatına görə, müayinələrdən sonra Mahirin əməliyyata ehtiyacı olmadığı üzə çıxıb.

Azərbaycan millisinin forvardı cərrah masasına uzanmaq məcburiyyətində qalmasa da, azı ayyarım futbol oynaya bilməyəcək. Bərpa müddətinin 3 aya qədər uzanmaq ehtimalı da var.

Xatırladaq ki, Mahir "Dinamo"nun 10 gün öncə Sloveniya "Roqaşka"sına qarşı keçirdiyi yoxlama görüşündə (1:0) zədələnib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun