Mahmud Abbas İsraillə gərginlikdən danışdı

Fələstin lideri Mahmud Abbas Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı "Əl-Əqsa tufanı" adlı əməliyyata başlamasına münasibət bildirib.

Mahmud Abbas İsraillə gərginlikdən danışdı
Fələstin lideri Mahmud Abbas Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı "Əl-Əqsa tufanı" adlı əməliyyata başlamasına münasibət bildirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Fələstin lideri əməliyyatla bağlı yüksək rütbəli zabitlərin iştirakı ilə iclas keçirib.

O, iclasda Fələstin xalqının qorunmasının vacib olduğunu bildirib:

"İsrail qüvvələrinin hücumlarına qarşı Fələstin xalqının özünü qoruma hüququ vardır".

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.