Makron buna görə uduzdu – Rusiyadan reaksiya

ABŞ Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts dünyada sabitliyi pozmaq üçün hər şeyi edir. Lakin onların ölkələrinin vətəndaşları liderlərinin kursunu dəstəkləməkdən imtina edirlər.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında yazıb.

"Bayden və Makronun uğursuzluqları ona gətirib çıxarıb ki, amerikalılar və fransızlar fərqli siyasət lehinə seçim etməyə başlayıblar. ABŞ və Fransa vətəndaşları öz seçimlərini milli yönümlü siyasət yeritmək, iqtisadiyyatlarının inkişafı və qlobal təhlükəsizlik məsələlərinin həlli zərurətindən yana edirlər. Böyük Britaniyanın mühafizəkarlarını da uğursuzluq gözləyir. Səbəbi özlərində axtarmalıdırlar", - o bildirib.