Makron Fransadakı seçkiləri uduzdu - FOTO
Fransa Daxili İşlər Nazirliyi növbədənkənar parlament seçkilərinin ilk nəticələrini dərc edib. Nəticələr ifrat sağçıların triumfudur.
meqale.com xəbər verir ki, Marin Le Penin "Milli Vəhdət"i 32,2% səslə birinci, solçuların "Yeni Xalq Cəbhəsi" 29,1% səslə 2-ci, Emmanuel Makronun "Birlikdə!" koalisiyası isə 21,5% səslə yalnız üçüncü yerdədir.
Bu, yalnız ilkin məlumatlar olsa da, akronun partiyasının bütün Fransa üzrə, acınacaqlı şəkildə uduzduğu artıq faktdır.
Nəticələr Emmanuel Makronun siyasi iktidarsızlığının ən yaxşı sübutudur.