Makron son açıqlamalarına görə qınandı
Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməklə bağlı son açıqlamalarına görə tənqid olunub.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV xəbər verib.
Qeyd olunub ki, Fransanın "Le Figaro" qəzetinin oxuyucularından biri bundan sonra heç kimin Makronu ciddi qəbul etməyəcəyini bildirib. Digər oxucu isə Fransa prezidenti üçün danışmazdan əvvəl düşünməyin çətin olduğunu yazıb.
"Maraqlıdır, o sabah nə deyəcək ki, birigün bu açıqlamanı təkzib etsin", - deyə başqa bir oxucu bildirib.
Digər bir oxucu isə Makronda gündə-günə hər şeyin dəyişdiyini deyib.
Xatırladaq ki, bir qədər əvvəl Fransa prezidenti Aİ ölkələri tərəfindən Ukraynaya hərbçilərin göndərilməsi ehtimalını istisna etməyib.
Martın 4-də Çexiyanın "Novinky" portalına və "Právo" qəzetinə müsahibəsində isə Makron Fransanın Ukraynaya yaxın gələcəkdə hərbçi göndərməyi planlaşdırmadığını deyib.