Maksim Qalkin Rusiya Ali Məhkəməsinə şikayət etdi
Komediya aktyoru və parodiyaçı Maksim Qalkin Rusiya Ali Məhkəməsinə onun xarici agent statusunu ləğv etməkdən imtinası ilə bağlı şikayət verib.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.
"Məhkəməyə Maksim Aleksandroviç Qalkinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin xarici agent statusunun götürülməsi tələbi ilə Ədliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi barədə qərarından şikayət daxil olub", - deyə agentlikdən bildirilib. Şikayətlə bağlı dinləmənin vaxtı hələ müəyyən edilməyib.
Qeyd edək ki, Qalkin 2022-ci ilin sentyabrında xarici agentlərin reyestrinə daxil edilib. Ədliyyə Nazirliyinin mövqeyinə görə, o, xarici təsir altındadır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun