Maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir - Nazir
Azərbaycan dili fənni ilə bağlı kifayət qədər ciddi problemlərimiz var.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
Nazir bildirib ki, dil fənninin tədrisi ondan ibarətdir ki, şagird oxuduğunu, yazdığını anlamalıdır.
"Azərbaycan dili fənnindən imtahanda maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir, danışa bilmir", - deyə nazir bildirib.