Malayziyada təyyarə yola çırpıldı - VİDEO
Malaziyada yüngülmotorlu təyyarə magistral yola çırpılıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Malay Meyl" məlumat yayıb.
Ölkənin Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə Lanqkavi beynəlxalq aeroportundan qalxıb və Şal Alam şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində ən azı 10 nəfərin öldüyü bildirilir.