Malidə üsyançılar ordunun bazasını ələ keçirdilər

Malidə tuareq üsyançı qüvvələri ölkənin şərqindəki hərbi bazasını ələ keçirib.

Malidə üsyançılar ordunun bazasını ələ keçirdilər
Malidə tuareq üsyançı qüvvələri ölkənin şərqindəki hərbi bazasını ələ keçirib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" üsyançıların nümayəndəsi Məhəmməd Elmauloud Ramadana istinadən məlumat yayıb.

Hərbi baza Qao şəhəri yaxınlığındakı Bamba rayonunda yerləşir.

Mali Müdafiə Nazirliyi Bamba rayonunda üsyançılarla gərgin döyüşlərin getdiyini bildirib.

Xatırladaq ki, "Tuareq" qiyamçı qruplaşması 2012-ci ildən ölkənin şimalında nəzarəti öz əlində saxlayır. 2015-ci ildə hökumətlə qiyamçılar arasında sülh müqaviləsi imzalanıb, lakin həmin vaxtdan silahlılar Burkina-Faso və Niger sərhədində daha da fəallaşıblar.