“Mançester Siti”nin xalı silinə bilər - CƏZA MÜDDƏTİ
"Mançester Siti"nin maliyyə qaydalarını pozması ilə bağlı cəzanın açıqlanacağı vaxt dəqiqləşib.
meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, məhkəmə gələn ilin payızının sonlarına təyin edilib.
Cəzanın 2025-ci ilin yayından veriləcəyi iddia olunur.
"Şəhərlilər" 2009/10 mövsümündən sonra 14 ildə 115 dəfə qaydanı pozmaqda ittiham edilir. Əgər bu təsdiqini taparsa, Pep Qvardiolanın komandası böyük xal itkisi ilə üzləşə bilər.