“Mançester Siti” üçün 100 milyonluq hədəf
"Mançester Siti"nin transfer siyahısında yer alan Lukas Paketanın qiyməti bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu, yarımmüdafiəçinin müqaviləsində əksini tapıb.
"Vest Hem" futbolçusuna sərbəstqalma məbləği kimi 100 milyon avro qiymət qoyub. Mançesterlilər transfer hədəfinə çatmaq üçün bu vəsaiti ödəməlidir.