"Mançester Yunayted" hücumçu alır - FOTO

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi üçün yeni hədəf tapıb.

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi üçün yeni hədəf tapıb.

meqale.com bildirir ki, bir sıra ingilis nəşrlərinin yazdığına görə, mankunianlılar "Kristal Pelas"dan Jan-Filip Matetanı almaq niyyətindədirlər. Fransız hücum mövqeyini gücləndirməyə namizədlərdən biridir.

"Qırmızı şeytanlar" son bir neçə ayda Matetanı diqqətlə izləyib. 

27 yaşlı hücumçunun potensial transfer qiyməti 60 milyon funt-sterlinq dəyərində ola bilər.

Bu mövsüm futbolçu 33 oyunda 15 qol vurub.