Türkiyədə ətir fabrikində faciə - 6 işçi həyatını itirdi
Kocaelinin Dilovası bölgəsində yerləşən bir ətir istehsalı müəssisəsində yanğın hadisəsi baş verib.
meqale.com yerli mətbuata istinadən xəbər verir ki, faciə nəticəsində 6 işçi həyatını itirib, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə dərhal yanğınsöndürən və təxirəsalınmaz yardım komandaları cəlb olunub.
Həlak olanların fabrikin əməkdaşları olduğu bildirilib.