Maral və it arasında görünməmiş "döyüş"- VİDEO

Bu dəfə insanlardan fərqli olaraq heyvanlar əlbəyaxa olublar. Küçənin ortasında maralla it arasında dava düşüb.

Maral və it arasında görünməmiş
Bu dəfə insanlardan fərqli olaraq heyvanlar əlbəyaxa olublar. Küçənin ortasında maralla it arasında dava düşüb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, anbaan kameralara düşən hadisə "Moskva 125" Telegram kanalında yayımlanıb.

"Maralla itin davasını qonşular Xolmoqorskaya küçəsi, 6, 2-də lentə alıblar", deyə məlumatda bildirilir.

Hündürmərtəbəli binalardan birinin pəncərəsindən çəkilən videoda maral sahibinin yanında gəzən it ilə dava edib. Görüntülərdən də aydın olur ki, it sahibi onları ayırmağa çalışır.

Davanın hansı sonluqla bitdiyi haqqında məlumat verilməyib.