Masazırda evə BASQIN: ölən və yaralanan var
Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər. Bıçaqlananlardan biri ölüb. O, hadisə yerində aldığı xəsarətlərindən keçinib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.