Maşın su kollektoruna düşdü - Ölən var

Salyan rayonunun Parça Xələc kəndində avtomobil su kollektoruna düşüb.

Maşın su kollektoruna düşdü - Ölən var
Salyan rayonunun Parça Xələc kəndində avtomobil su kollektoruna düşüb.

meqale.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər "Ford" markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.